Bu gün səhər saatlarında Bakının bir sıra küçə və prospektlərində tıxac və nəqliyyat vasitələrinin sıxlığı qeydə alınıb.
Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumata görə, hazırda Bakı-Sumqayıt şossesi (paytaxt istiqamətində), A.Bakıxanov küçəsində (İzmir parkının qarşısı), İnşaatçılar prospektində (Dövlət Statistika Komitəsinin qarşısı), Tbilisi prospekti (hər iki istiqamətdə az sıxlıq) və Ziya Bünyadov prospektində ("Koroğlu" metrostansiyası yaxınlığında, körpünün üstü) nəqliyyatın sıxlığı müşahidə edilir.
Milli.Az-ın sorğusuna cavab olaraq NİİM-dən bildiriblər ki, yaranmış sıxlığın səbəbi heç də hər hansı qəza və digər hadisə ilə bağlı deyil. Sadəcə iş gününün başlanması ilə əlaqədar şəhər istiqamətində və şəhərin mərkəzində doğru bir sıra küçə və yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyi artır. Bu səbəbdən də sıxlıq yaranır.
Amma maraqlıdır ki, bu, bütün iş günlərində qeydə alınmır. NİİM-dən onu da bildiriblər ki, eyni günlərdə yollarda hərəkət çox rahat olur. Hələlik bu müəmmanın sirri açılmayıb. \milli.az