Bakı-Sumqayıt yolunda aparılan işlərlə əlaqədar böyük tıxac yaranıb, avtomobillərin hərəkəti dayanıb.
Aktual.az-in məlumatında görə, tıxac Avtovağzal Kompleksinin qarşısında baş vermiş sürüşmə ilə əlaqədar yolda yaranmış çatların aradan qaldırılması və yeni asfaltın çəkilməsi səbəbindən yaranıb.
Qeyd edək ki, oktyabrın 7-də Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında, Bakı istiqamətində gələn yolda sürüşmə baş verib. Sürüşmə nəticəsində yolda istinad divarı əyilib, avtovağzalın yola yaxın həyətində iri çatlar yaranıb.
Aktual.az