Bakı-Sumqayıt elektrik qatarlarının hərəkətində dəyişiklik - CƏDVƏL

Bakı-Sumqayıt elektrik qatarlarının hərəkətində dəyişiklik   - CƏDVƏL

Oktyabrın 18-dən etibarən Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək.

Bunu Trend-ə açıqlamasında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov deyib.

Onun sözlərinə görə, son vaxtlar artan sərnişin sıxlıgını və sərnişinlərin təkliflərini nəzərə alaraq, Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının intensivliyi artırılmış, reyslər arasındakı intervallar azaldılıb. Elektrik qatarları gün ərzində 20 reys edəcəklər: “10-nu Bakı-sərnişin stansiyasından Sumqayıt – sərnişin stansiyasına, 10-nu isə əks istiqamətə”.

Beləliklə, oktyabrın 18-dən etibarən Bakı-Sumqayıt elektrik qatarları Bakı sərnişin stansiyasından saat 05:00, 05:20, 05:35, 05:50, 08:30, 16: 00, 17:35, 18:30, 19:00 və 19:50-də, Sumqayıt sərnişin stansiyasından 07:00, 07:30, 07.45, 08: 00, 09:30, 17:10, 18:40, 20:00, 20:50 və 21.20-də yola düşəcək.

Hər şənbə, bazar və bayram günləri, sərnişin sıxlığı az olduğuna görə, Baki sərnişin stansiyasından saat 05:00-da və 05:20-də, Sumqayıt sərnişin stansiyasından isə saat 07:00-da və 07:30-da yola düşən elektrik qatarları hərəkətdə olmayacaq.

Sərnişin sıxlıgı ilə bağlı Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək.

BAKI - SUMQAYIT ELEKTRİK QATARLARININ HƏRƏKƏT

Xəbər 542 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR