Bakı sakini evində yanaraq öldü

Bakı sakini evində yanaraq öldü

Xətai rayonununda yanğın baş verən evdə ev sahibinin meyiti tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Aktual.az-a  verilən məlumata görə, yanvarın 23-də saat 01 radələrində Xətai rayonunun R.Quliyev küçəsində yaşayan Gülməhəmməd Gülməhəmmədovun evində yanğın baş verib. Nəticədə evin 20 kvm. sahəsində yanar konstruksiyaları qismən yanıb, yanğın söndürüldükdən sonra ev sahibinin yanan meyiti tapılıb.

Araşdırma aparılır.
 
Aktual.az
Xəbər 422 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR