Bakalavriat və tibb üzrə təhsil xərcləri təsdiqləndi

Bakalavriat və tibb üzrə təhsil xərcləri təsdiqləndi

Azərbaycanda bakalavriat və tibb təhsili üzrə əsas təhsil səviyyələrində tələbələrə düşən təhsil xərclərinin yeni miqdarı təsdiqlənib.

Nazirlər Kabinetindən Aktual.az-a  verilən məlumata görə, bununla bağlı 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarında dəyişikliklər təsdiq edilib.
Qərarda ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və tibb təhsili üzrə əsas təhsil səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı açıqlanıb.

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Dil və ədəbiyyat müəllimliyi (dillər üzrə), Xarici dil müəllimliyi (dillər üzrə), Fizika müəllimliyi, Riyaziyyat və informatika müəllimliyi, Riyaziyyat müəllimliyi, Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə), Texnologiya müəllimliyi, Musiqi müəllimliyi, Biologiya müəllimliyi, Kimya müəllimliyi, Kimya və biologiya müəllimliyi, Tarix müəllimliyi,Tarix və coğrafiya müəllimliyi, Coğrafiya müəllimliyi, İnformatika müəllimliyi, Təsviri incəsənət müəllimliyi, İbtidai sinif müəllimliyi, Korreksiyaedici təlim, Məktəbəqədər təlim və tərbiyə, Təhsildə sosial-psixoloji xidmət, Rəqs müəllimliyi 1320 manat, Filologiya (dil və ədəbiyyat göstərilməklə),Fəlsəfə Tərcümə (dillər üzrə), Jurnalistika, Kitabşünaslıq, Tarix, Antropologiya, Politologiya,Psixologiya,Sosiologiya,Regionşünaslıq (regionlar üzrə), Hüquqşünaslıq, Beynəlxalq münasibətlər, Dinşünaslıq, Kitabxanaçılıq və informasiya Dövlət və ictimai münasibətlər 1620, Muzeyşünaslıq manat, arxiv işi və abid ələrin qorunması 1320, İnstrumental ifaçılıq, Solo oxuma, Dirijorluq, Bəstəkarlıq, Musiqişünaslıq 6820 manat, Xalq çalğı alətləri ifaçılığı, Aktyor sənəti, Operator sənəti 1800 manat, Xoreoqrafiya sənəti (sahələr üzrə), Estrada sənəti,Teatrşünaslıq, Bədii yaradıcılıq və ekran dramaturgiyası,Kinoşünaslıq, Dünya iqtisadiyyatı,Mühasibat uçotu və audit, Maliyyə İqtisadiyyat Sənayenin təşkili və idarə olunması, Statistika Menecment Marketinq Biznesin idarə edilməsi, Dövlət və bələdiyyə idarəetməsi Kommersiya Davamlı inkişafın idarə edilməsi 1320 manat, Riyaziyyat, Mexanika 1420 manat, Fizika,Kimya, Biologiya Coğrafiya,Hidrometeorologiya, Geologiya,Kompüter elmləri,Ekologiya Materialşünaslıq mühəndisliyi, Geologiya mühəndisliyi, Hidrogeologiya mühəndisliyi, Geofizika mühəndisliyi, Dağ-mədən mühəndisliyi, Neft-qaz mühəndisliyi, Neft-qaz qurğuları mühəndisliyi, Elektroenergetika mühəndisliyi, İstilik energetikası mühəndisliyi, Enerji maşınqayırması mühəndisliyi, Metallurgiya mühəndisliyi və Maşın mühəndisliyi ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1620 manat, Avianəqliyyat istehsalatının təşkili mühəndisliyi, Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi,Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi, Uçuş mühəndisliyi, Hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi, Gəmiqayırma və gəmi təmiri mühəndisliyi, Gəmi energetik qurğularının istismarı mühəndisliyi, Dəniz naviqasiyası mühəndisliyi, Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi, Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi, Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi, Cihazqayırma mühəndisliyi, Texnoloji maşın və avadanlıqlar mühəndisliyi, Elektrik mühəndisliyi, Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi, Mexatronika, İnşaat mühəndisliyi, Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi, Nəqliyyat tikintisi mühəndisliyi, Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi, Tikinti materialları və məmulatlarının texnologiyası mühəndisliyi, Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi, Geodeziya və xəritəçilik mühəndisliyi, Kimya mühəndisliyi, Qida məhsulları mühəndisliyi, Çoxişlənən malların texnologiyası mühəndisliyi, İstehlak mallarının ekspertizası və marketinqi, Poliqrafiya mühəndisliyi, Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi, Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi və Biotibbi texnologiya mühəndisliyi, Ekologiya mühəndisliyi, Yanğın təhlükəsizliyi mühəndisliyi, Kosmik texnologiyalar mühəndisliyi, Kosmik texnika mühəndisliyi, Kosmik idarəetmə sistemləri mühəndisliyi, Silah və silah sistemlərinin istehsal texnologiyası, Optotexnika, Pirotexniki vasitələrin texnologiyası, Çoxkanallı radiorele və troposfer rabitəsinin yerüstü aparatlarının hazırlanması, istismarı və təmiri, Kompozisiya materiallarından müdafiə təyinatlı məmulatların layihələndirilməsi və istehsalı, İnformasiya təhlükəsizliyi, Torpaqşünaslıq və aqrokimya, Aqronomluq, Zootexniklik, Baytarlıq, Yer quruluşu, torpaq və şəhər kadastrı, Aqromühəndislik, Balıqçılıq və balıqçılıq təsərrüfatı işi, Meşəçilik və Su bioehtiyatları və akvabitkilər ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1620 manatdan manata, Turizm və otelçilik, Nəqliyyat servisi (nəqliyyat növləri üzrə) ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1620 manatdan manat səviyyəsində müəyyənləşib.
Bədən tərbiyəsi və idman ,Məşqçi (idman növü üzrə), Bədən tərbiyəsi və idmanda reabilitasiya, İdman menecmenti və kommunikasiya 1800 manat, Sosial iş 1320, Sənətşünaslıq 1700, Rejissorluq 2400, Dekorativ sənət 4000, Dizayn 1920,Rəngkarlıq 5000, Qrafika 5000,Heykəltəraşlıq 5000, Memarlıq 2000,Müalicə işi 4500, Hərbi həkim işi 4500,Tibbi profilaktika 4000, Əczaçılıq 4000, Stomatologiya 4000 manat müəyyən edilib.
Qeyd edək ki, ali təhsil müəssisəsi tərəfindən dövlət sifarişi ilə hər bir təhsilalana çəkilən faktiki xərc təsdiq edilmiş təhsil xərclərinin məbləğindən artıq olduğu halda, onun qalan hissəsi həmin ali təhsil müəssisəsi və yaxud onun tabe olduğu qurum tərəfindən ödənilir.

Xəbər 207 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR