Bağırsağında heroin aşkarlandı

Bağırsağında heroin aşkarlandı

"Qoşa Təpə" gömrük postunda narkotik vasitə aşkarlanıb.

Dövlət Gömrük Komitəsindən Aktual.az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı vətəndaşın daxili orqanında (düz bağırsağında) 3 ədəd bükümdə, xalis çəkisi 14 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.
 
Aktual.az
Xəbər 234 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR