Bağdadinin başına qoyulan mükafat 25 milyon dollara çatdırılıb

Bağdadinin başına qoyulan mükafat 25 milyon dollara çatdırılıb
  • DÜNYA

ABŞ hökuməti İŞİD lideri Əbubəkr Bağdadinin başına qoyulan 10 milyon dollarlıq mükafatı 25 milyona çatdırıb.

Aktual.az  Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında məlumat yayılıb.

"İŞİD liderinin yaxalanmasına yardımçı olacaq məlumatı bizə verən şəxs üçün nəzərdə tutulan mükafatın məbləği artırılır. ABŞ-ın daxili sabitliyinin təmin edilməsi və xalqın terrorçulardan qorunması naminə fəaliyyətimizə davam edəcəyik”, - açıqlamada bildirilib.

Qeyd edək ki, Mosuldan qaçdığı iddia edilən İŞİD liderinin hazırda Suriyada olduğu bildirilir.
 
Aktual.az 
Xəbər 637 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR