AZƏRTAC-ın əsasnaməsində dəyişiklik edildi

AZƏRTAC-ın əsasnaməsində dəyişiklik edildi

Prezident İlham Əliyev 2001-ci il 29 iyun tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc) haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Aktual.az xəbər verir ki, Fərmanda deyilir:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 iyun tarixli 516 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 414; 2002, № 12, maddə 726; 2015, № 8, maddə 907) ilə təsdiq edilmiş “Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc) haqqında Əsasnamə"nin 13-cü hissəsi aşağıdakı redaksiyada verilsin:

“13. AzərTAc-ın saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar, ianələr, habelə xidmətlər göstərilməsindən və işlər görülməsindən əldə edilən vəsait hesabına maliyyələşdirilir.”. 

Xəbər 417 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR