Ən son yenilikləri və qabaqcıl texnoloji həlləri
bir araya gətirən "Azercell Telekom" MMC, 2019-cu ilin dekabr ayının
3-dən 6-a kimi Bakı Ekspo Mərkəzində keçiriləcək "Bakutel”- Azərbaycan Beynəlxalq
Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisinin 25-ci
Yubileyində baş sponsor və innovativ xidmətlərin təqdimatçısı qismində iştirak
edir.
Hələ iyun ayında ictimaiyyətə yeni brend kimliyini və rəqəmsallaşmaya
doğru dəyişən strategiyasını açıqlayan Azercell şirkəti, hazırda 5G, Süni İntellekt (Aİ) və Əşyaların İnterneti
(İoT) sahəsindəki ən son texnoloji nailiyyətləri yerli bazara gətirməklə, şirkətin
məhsullar portfelini zənginləşdirmək üzərində çalışır. "Gələcəyin
cəmiyyətini və iqtisadiyyatını formalaşdıran texnoloji tendensiyalarla
ayaqlaşmağı öndə tutan bir şirkət kimi, yüksək sürətli mobil internet və daimi
bağlantını təmin etməyi hədəfləyirik. Azercell növbəti dəfə yerli bazarda lider
mövqeyini qoruyaraq, ölkədə ilk 5G yeni nəsil simsiz şəbəkəsini təqdim etdi.
İnanırıq ki, 5G texnologiyası müasir genişzolaqlı mobil rabitə xidmətlərində çevrilişə səbəb olmaqla bərabər, sənaye sahələri
və müxtəlif müəssisələrdə yüksək məhsuldarlıq və effektivlik əldə etmək, habelə
müştəri təcrübəsini mükəmməlləşdirmək üçün yeni imkanlar yaradacaq"- deyə Azercell
şirkətinin prezidenti Vahid Mürsəliyev
dekabr ayının 3-də Azercell-in Bakutel sərgisindəki stendində baş tutmuş mətbuat
konfransında çıxışı zamanı bildirdi.
Qeyd etmək lazımdır ki, mətbuat konfrasından
dərhal sonra Azercell-in prezidenti Vahid Mürsəliyev və Ericsson şirkətinin Şərqi
Avropa və Orta Asiya üzrə prezidenti
Sebastyan Tolstoy Azərbaycanda 5G şəbəkəsinin qurulmasını və 5G
texnologiyasının inkişafınının sürətləndirilməsini həyata keçirən iki strateji tərəfdaş kimi jurnlaistlər və
Bakutel ziyarətçiləri qarşısında Anlaşma Memorandumu imzaladılar.
Beləliklə, bu ilin noyabr ayında Bakının
Fontanlar meydanında baş tutan ilk pilot 5G şəbəkəsinin təqdimatından sonra, Azercell
Telekom öz daimi tərəfdaşı Ericsson şirkətilə birlikdə ölkənin ən mühüm texnoloji tədbiri Bakutel sərgisində 5G
texnologiyasına əsaslanan demo nümunələrini, həmçinin şirkətin biznes və pərakəndə
müştəriləri üçün nəzərdə tutulan geniş
çeşidli rəqəmsal məhsul, həllərini nümayiş etdirir!
Həmçinin sərgi çərçivəsində "SmartCell" həllinin
tətbiqi ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat
Hesablama Mərkəzinin direktoru Elnar Əsədov və Azercell şirkətinin prezidenti
Vahid Mürsəliyev memorandum imzalayıb. Məlumat
üçün bildirək ki, "SmartCell" – üz tanıma texnologiyası (Face ID) ilə
mobil nömrələrin satışını həyata keçirən rəqəmsal nömrə satışı sistemidir.
5G
SÜRƏT sınağı
Azercell
bütün sərgi iştirakçılarını 5G şəbəkəsinin real sürətini hiss etməyə dəvət
edir. Rəqəmsal həllər təminatçısı, ziyarətçilərə stenddəki mobil telefon və
böyük ekran üzərindən 5G şəbəkəsinin təmin etdiyi yüksək sürətli internetin
üstünlüyünün şahidi olmaq imkanı yaradır.
5G
Multisensor
Bu demonu sınaqdan keçirtmək üçün qonaqlara də 3D VR gözlüyü
və coystik təqdim ediləcək. 5G şəbəkəsinin tam gücünü hiss edərək, ziyarətçilər
demək olar ki, ləngimə olmadan robot idarə etmək, fərqli səthləri hiss və skan
etmək üçün əvəzolunmaz fürsət qazanacaqlar.
5G
Konfrans
Sərgi iştirakçıları Oculus Rift və Oculus Go komplekti vasitəsilə
özlərini virtual konfrans mühitində zənn edəcəklər. Burda onlar ünsiyyət qura,
müxtəlif otaqları gəzə, video, foto və 3D baxa biləcəklər.
5G
Oyunlar
5G oyun təcrübəsini yeni səviyyəyə çıxarır. Artıq ləngimə
olmadan, tam etibarlı bağlantının təmin olunduğu oyun həyəcanını yaşamaq mümkün
olacaq..
Azercell ziyarətçiləri Virtual Reallıq texnologiyasına əsaslanan
Sci-Fi top döyüşünü və Roketbol idman oyunlarını sınaqdan keçirməyə dəvət edir.
İştirakçılar xüsusi Oculus RIFT komplekti vasitəsilə virtual idman ərazisində
"multiplayer” rejimində özlərini çox
saylı oyunçulardan biri olaraq təsəvvür edəcəklər.
Azercell-in rəqəmsal məhsullar zonası
Yeni bağlantı erasında abunəçilərinin ehtiyaclarını tam
qarşılamağı hədəfləyən Azercell, öz fəaliyyətində
innovativ və rəqəmsal həllərə üstünlük
verir. Müasir zamanda Əşyaların
İnterneti tərəfindən təqdim olunan hədsiz imkanlar, telekommunikasiya
texnologiyasında misli görünməmiş bir sıçrayış daha rahat işləməyimizi,
yaşamağımızı və həyatımıza tam şəkildə nəzarət etməyimizi təmin edəcək.
Azercell dünyanı dəyişdirən rəqəmsal məhsullarını xüsusi
ayrılmış guşədə sərgiləyir. Burada şirkət, evinizi daha funksional,
daha rahat və təhlükəsiz edəcək Əşyaların
İnterneti prinsipinə əsaslanan "Azercell Ağıllı Ev” məhsulunu
nümayiş etdirir. Bu xidmət sizə istənilən yerdən bir tətbiq vasitəsilə
işıqlandırma, cərəyana qoşulma, temperatur və otaqdakı hərəkətlərə tam nəzarət
imkanı verərək, gündəlik həyatınızı
rahatlaşdırır, təhlükəsiz bir evdə yaşamağınıza zəmanət verir.
Azercell təhsil və əyləncə məzmununu bir məhsulda cəmləyən "Azercell
Kids” eksklüziv xidməti
ilə həm valideynləri, həm də uşaqları sevindirir və ən etibarlı rəqəmsal mühiti
kəşf etmək üçün bu stendə dəvət edir. Həmçinin ziyarətçilər xüsusi qulaqcıqlar
vasitəsilə "Bookmate” tətbiqinin tərkib hissəsi olan "Audio kitab" xidməti
çərçivəsində zəngin dünya ədəbiyyatının audio yazılarından elə məkanı dəyişmədən
zövq ala bilərlər. Keyfiyyətli mobil oyunları Azercell abunəçiləri üçün daha əlçatan
edən "Azercelloyunlar”, öz mobil hesabını idarə etmək üçün nəzərdə tutulan
rahat "Kabinetim” mobil tətbiqi, kino və televiziya aləminə qapı açan "ivi”
xidmətləri də stendin xüsusi zonasında nümayiş etdiriləcək.
Korporativ Biznes Seqmenti zonası
Rəqəmsal
məhsulların yeni nəslini təqdim edən Azercell bütün mövcud və potensial biznes
müştərilərini xüsusi guşədə qarşılayır. Bura Azercell-in korporativ seqment strukturunun
nümayəndələri ilə danışıqlar aparılması üçün ideal bir yer olmaqla yanaşı, həm
də şirkətin biznes müştərilərini özrəqəmsal xidmətləri ilə yaxından tanış etmək
üçün ən əlverişli məkandır.
Rəqəmsal
həllər təminatçısı olan "Azercell Telekom” MMC Azərbaycanda ilk dəfə Əşyaların
İnterneti texnologiyasına əsaslanan "Nəqliyyat vasitələrinin idarəedilməsi və
nəzarəti” xidmətini təqdim edir. Yeni servis nəqliyyat parklarına malik
sahibkarlıq müəssisələrinə parklarının tam idarəedilməsi imkanını verir.
Yeni həll
nəqliyyatın növündən asılı olmayaraq, müxtəlif sahəyə aid istənilən miqyaslı nəqliyyat
parklarını əhatə edir. Mükəmməlləşdirilmiş real zaman interfeysi ilə "Nəqliyyat
vasitələrinin idarəedilməsi və nəzarəti” xidməti sürücülərin və nəqliyyat vasitələrinin
təhlükəsizliyini təmin edərək, müəssisələrin məhsuldarlığını artırmağa və əməliyyat
xərclərini azaltmağa müvəffəq olacaq.
"Nəqliyyat
vasitələrinin idarəedilməsi və nəzarəti” xidmətinin iş prinsipi:
"Nəqliyyat
vasitələrinin idarəedilməsi və nəzarəti” müəssisələrə real zamanda korporativ nəqliyyat
vasitələrinin vəziyyətini, marşrutu, səfər müddətini və yanacaq sərfiyyatını
izləmək imkanı yaradır. Bundan əlavə, bu xidmət vasitəsilə nəqliyyat vasitələrinin
mexaniki hissələri, mühərrik işləməsi və hətta batareya gərginliyinin göstəricisi
haqqında da məlumat əldə etmək olar. "Nəqliyyat vasitələrinin idarəedilməsi və
nəzarəti” xidməti həm də sürücülük davranışını (sürət həddi, sərt tormozlama və
kəskin sürətlənmə) qeydə alır, ətraf-mühitə qarşı münasibətdə daha dostyana
sürücülük vərdişlərinə yiyələnməyə kömək edir. Üstəlik, qəza və ya fövqəladə vəziyyət
olduğu zaman xidmət avtomatik şəkildə həyəcan siqnalı göndərir.
Qeyd
etmək lazımdır ki, Azercell korporativ müştəriləri üçün "Biznesim"
tarif paketləri, "Biznesim Sosial şəbəkə paketləri", "Biznesim
Ayrılmış İnternet Xətti" və "Biznesim Veb" xidmətləri kimi rəqəmsal
məhsullar təklif edir. Azercell Azərbaycan şirkətlərinin əsas tərəfdaş seçimi
olmağı hədəfləyərək, onlara internetin
geniş imkanları, şirkətdaxili limitsiz danışıqlar və sərfəli qiymətlər
təqdim
edir.
Ən uyğun tarif və
internet paketi seç
Burada
Azercell nümayəndələri müştərilərə ən uyğun məhsul və xidmətlər seçməkdə bələdçilik
edir. Bu zonada müştərilər səs və internet xidmətlərinin aktiv istifadəçilərinə
hədsiz imkanlar bəxş etməklə yanaşı, rabitə xərclərini azaltmaq fürsəti yaradan
"Sərbəst" tarif paketi, eləcə
də gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilən İnternet paketləri ilə tanış ola bilər.
iPhone zonası
"Apple
İnc” şirkətinin Azərbaycandakı eksklüziv telekom tərəfdaşı olan Azercell, bu
guşədə iPhone pərəstişkarlarını salamlayır. Şirkət sərgi iştirakçılarına qabaqcıl texnologiyaları və istifadə
rahatlığını özündə birləşdirən yeni iPhone modelləri ilə yaxından tanış
olmaq fürsəti yaradır.
Azercell komandasına qoşulun
Azercell-in İnsan Kapitalının İdarəedilməsi
departamentinin mütəxəssisləri çevik komandaya qoşulmaq arzusunda olan şəxsləri
sərgidə gözləyəcək, onlara karyera imkanları və mövcud
vakansiyalar , həmçinin
məhz tələbələr üçün hazırlanan tələbə proqramları barədə geniş məlumat verəcək.
Rəqəmsal gələcəyi bizimlə qurun!
Əyləncə Zonası
Rəqəmsallaşma
ruhu əyləncə zonasında da hiss olunur. Burada Azercell həm böyüklər, həm də
uşaqlar üçün əyləncəli rəqəmsal oyunlar təqdim edir. Bundan əlavə, Azercell
bütün idman həvəskarlarını bu guşədə gözləyir və interaktiv futbol oyunu ilə öz
təcrübələrini artırmağa səsləyir.
Ziyarətçilərə 5G
texnologiyasının canlı təcrübəsini təqdim edən Azercell hər kəsi texnoloji
yeniliklər dünyasından zövq almağa dəvət edir. Gələcəyi formalaşdıran
texnologiyanın şahidi olmaq və beşinci nəsil simsiz şəbəkənin tam gücünü hiss
etmək fürsətini qaçırmayın!
Daha ətraflı məlumat
üçün
[email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sənayesinin lideri və
qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi "Azercell
Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,9 milyon abunəçi
Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal
altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8%
təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz
Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri,
24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri,
M2M, 4G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən
müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. Azercell-in
sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a
yaxın bölgəsini əhatə edir. Lider operator LTE
şəbəkəsini gücləndirərək və genişləndirərək son bir ildə əhali əhatəsində 118%,
coğrafi ərazi əhatə dairəsinisə 364% yüksəlişə nail olmuşdur. Radio
siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə
ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə
əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən
yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq
"İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə
şirkətdir.
Xəbər 456 dəfə oxunub.