1 noyabr seçkilərində böyük miqdarda səs itirən və Türkiyə parlamentində deputat sayına görə 4-cü sıraya düşən Millitəçi Hərəkat Partiyasında dəyişilik tələbi səsləri yüksəlir.
Artıq MHP sədri Dövlət Baxçalının yerinə namizədlərin bəziləri fəaliyyətə başlayıb. Bunlardan biri də əslən azərbaycanlı, İğdırda anadan olmuş Sinan Oğandır. Sinan Oğan artıq ülkü ocaqları ilə danışıqlara başlayıb, həmiçinin, partiya liderliyinə yüksəlməkdə əsas rəqibi olan Meral Akşenerə qarşı təbliğat aparır.
Aktual.az Lent.az-a istinadən xəbər verir ki, o bildirib ki, partiyası 2023-cü ildə 40 faizə qədər səs toplaya və təkbaşına iqtidar ola bilər.
Qeyd edək ki, Sinan Oğan bu il 7 iyuna qədər MHP deputatı idi. Lakin sədr D.Baxçalının yerinə adı keçdiyi və partiyada nüfuzu artan xətlə davam etdiyi üçün iyun seçkilərində MHP-nin deputat siyahısından kənarda qaldı. Bununla da MHP İğdırda yüksək faizlə səs itirdi. Bunun ardında partiyadan da xaric edilən Sinan Oğan məhkəməyə müraciət edərək MHP üzvlüyünü bərpa etməyə nail olub.
Onu da bildirək ki, S.Oğan uzun illər Azərbaycan Dövlət İqtisad Universitetində işləyib.(Lent.az)