Azərbaycanlı milyarderin bazarı yanır: xəsarət alan var

Azərbaycanlı milyarderin bazarı yanır: xəsarət alan var

Moskvada yəhudi əsilli azərbaycanlı milyarderlər Qod Nisanov və Zarax İliyevə məxsus "Sadovod” bazarında yanğın baş verib.
Aktual.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, "Sadovod”un ərazisi qatı boz-qara tüstüyə bürünüb:
"Hadisə nəticəsində bir nəfər xəsarət alıb, 350 nəfər təxliyə edilib. Bazar yerində yanğınsöndürmə və xilasedicilər işləyir. Yanğın alış-veriş pavilyonlarında baş verib. Hazırda ziyarətçi və işçilərin təxliyəsi davam edir”.
Bildirilir ki, yanğının söndürülməsi güclü yanğın səbəbindən çətinləşib.
Qeyd edək ki, bu, "Sadovod” ərazisində baş verən ilk yanğın deyil. Bu ilin iyun ayında orada üç ticarət pavilyonu yanıb.
Xəbər 350 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR