Bir sıra azərbaycanlı məşhurların rəsmi "Facebook” hesabları oğurlanıb.
Aktual.az xəbər verir ki, bu barədə texnologiya üzrə ekspert Fərid Pərdəşünas məlumat verib.
Onun sözlərinə görə, Miri Yusif və SevdaYəhyayeva da daxil olmaqla, tanınmışların hesabları Kamboca, Tayland və digər cənubi şərqi Asiyadan olan dələduzlar tərəfindən fişinq metodu ilə ələ keçirilib: "Metod çox professional şəkildə həyata keçirilir. Onlar bir vasitəçi şirkət adından, "Nike”, "Gucci” və.s kimi böyük brendlərin reklamını yerləşdirmək adı ilə yazırlar və 1 günlük reklam üçün böyük mükafatlar təqdim edirlər. Daha sonra "Facebook Business” menecer vasitəsilə səhifənizdə reklam yerləşdirmək üçün sizə sorğu göndərirlər. Bu rəsmi olaraq "Facebook” tərəfindən göndərilən sorğudur. Bunu qəbul etdiyiniz halda, artıq səhifəniz sizdən uzaqlaşır”.
F.Pərdəşünas qeyd edib ki, səhifələrin bərpası çətindir və zaman alır.
Xəbər 501 dəfə oxunub.