Azərbaycanla Türkiyə arasında reyslərin sayı 3 DƏFƏ arta bilər

Azərbaycanla Türkiyə arasında reyslərin sayı 3 DƏFƏ arta bilər

Azərbaycanla Türkiyə arasında həyata keçirilən reyslərin sayı 3 dəfə arta bilər.

Aktual.az xəbər verir ki, Trend bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinə istinadən məlumat verir.
Məlumatda qeyd olunur ki, Türkiyədə keçirilmiş aviasiya üzrə beynəlxalq konfransda hər iki ölkənin nümayəndə heyətləri bu məsələ ilə bağlı təkliflər mübadiləsi apararaq Protokol layihəsini tərtib ediblər.
Son qərarın verilməsi və Protokolun imzalanması Azərbaycanla ilə Türkiyə mülki aviasiya orqanları arasında milli avaişirkətlərin iştirakı ilə ikitərəfli məsləhətləşmələrin keçirilməsindən sonra ən yaxın zamanda baş tuta bilər.
Qeyd edək ki, hazırda iki ölkə arasında həftədə 150-yə yaxın reys həyata keçirilir, yay vaxtı isə reyslərin sayı həftədə 190-dək artırırılır.
 
Aktual.az
Xəbər 494 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR