Azərbaycanın valyuta bazarı 9 % kiçilib

Azərbaycanın valyuta bazarı 9 % kiçilib

Bu ilin I rübündə Azərbaycanın valyuta bazarında 7,8 milyard ABŞ dolları dəyərində əməliyyat aparılıb.
Aktual.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 9 % azdır.
Rüblük əməliyyatların 6,8 milyard ABŞ dolları nağdsız, 1 milyard ABŞ dolları isə nağd valyuta bazarında baş tutub. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq təxminən 8 % və 20 % azdır.
Nağdsız valyuta əməliyyatlarının 80,6 %-i ABŞ dollarında, 19,4 %-i digər valyutalarda, nağd valyuta əməliyyatlarının isə 83,1 %-i ABŞ dollarında, 16,9 %-i digər valyutalarda aparılıb.
İl ərzində ölkədə xarici valyutanın xalis satışı 6 dəfə azalıb.

Xəbər 396 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR