Azərbaycanın Türkiyəyə ixrac etdiyi qazın həcmi bəlli oldu

Azərbaycanın Türkiyəyə ixrac etdiyi qazın həcmi bəlli oldu

2017-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycan Türkiyəyə 2 mlrd. 173,71 mln. kubmetr "Şahdəniz-1” yatağından hasil olunan qaz ixrac edib.

Aktual.az APA-ya istinadən xəbər verir ki, Türkiyənin Enerji Bazarının Tənzimlənməsi üzrə Şurasının təqdim etdiyi statistikaya istinadən məlumat verir ki, qeyd edilən dövr ərzində Azərbaycanın Türkiyəyə ixrac etdiyi təbii qazın həcmi 2016-cı ilin müvafiq dövrünə nisbətən 3,8% azdır.

Cari ilin aprel ayında Azərbaycan Türkiyəyə 576,84 mln. kubmetr qaz ixrac edib. Aprel ayında Türkiyənin ümumi qaz idxalının 13,57%-i Azərbaycanın payına düşür. Belə ki, apreldə Türkiyə 4 mlrd. 250,26 mln. kubmetr (19,61% artım) qaz idxal edib.

2016-cı ildə Azərbaycan Türkiyəyə 6 mlrd. 479,87 mln. kubmetr qaz ixrac edib.

Azərbaycan qazının Türkiyəyə nəqli üçün uzunluğu 690 km olan Cənubi Qafqaz Qaz Boru Kəməri inşa olunub.
 
Aktual.az 
Xəbər 353 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR