Azərbaycanın sığorta bazarı 33 % böyüyüb

Azərbaycanın sığorta bazarı 33 % böyüyüb

Bu ilin yanvar-may aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 566,434 milyon manat sığorta haqqı toplanılıb.
Aktual.az  Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrünə nisbətən 32,8 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 174,436 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 35,2 % çoxdur.
5 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 30,8 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 30,2 manat olub.

Xəbər 281 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR