Azərbaycanın qeyri neft-qaz sektorunda sənaye istehsalı 7 %-dən çox artıb

Azərbaycanın qeyri neft-qaz sektorunda sənaye istehsalı 7 %-dən çox artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanın sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 29,6 milyard manatlıq sənaye məhsulu istehsal edilib.
Aktual.az  xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9 % azdır.
Neft-qaz sektorunda məhsul istehsalı 2,8 % azalıb, qeyri neft-qaz sektorunda isə 7,4 % artıb.
Sənaye məhsulunun 70,4 %-i mədənçıxarma sektorunda, 24,4 %-i emal sektorunda, 4,5 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 8,4 % azalıb, əmtəəlik qaz hasilatı isə 2,9 % artıb.
Emal sektorunda kompüter, elektron və optik məhsulların istehsalı 2,1 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 86,4 %, poliqrafiya məhsullarının istehsalı 50,5 %, toxuculuq sənayesi məhsullarının istehsalı 49,9 %, kağız və karton istehsalı 40,4 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 32,9 %, içkilərin istehsalı 27,4 %, neft məhsullarının istehsalı 25,4 %, tikinti materiallarının istehsalı 18,8 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 16,5 %, qida məhsullarının istehsalı 13,3 %, hazır metal məmulatlarının istehsalı 9,7 %, maşın və avadanlıqların istehsalı 9 %, kimya sənayesi məhsullarının istehsalı 8,9 %, tütün məmulatlarının istehsalı 8,4 %, mebel istehsalı 4,4 %, elektrik avadanlıqlarının istehsalı 2,4 % artıb, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 0,4 %, əczaçılıq məhsullarının istehsalı 16,4 %, sair sənaye məhsullarının istehsalı 18,7 %, geyim istehsalı 28,4 %, sair nəqliyyat vasitələrinin istehsalı 30,6 %, metallurgiya sənayesi məhsullarının istehsalı 37,9 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 40,1 % azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,5 %, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 16,5 % artıb

Xəbər 282 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR