Milli Məclisdəki büdcə müzakirələrində çıxış edən deputat Elşən Musayev öncə bildirib ki, çıxışa yazılmasının əsas səbəbi həmkarlarının fikirlərini daha da qüvvətləndirməkdir.
Aktual.az Musavat.com-a istinadən xəbər verir ki, o qeyd edib:
"Belə ki, yeni büdcədə siyasi partiyalara ayrılan maliyyə vəsaitinin 20 faiz artırılması həqiqətən də təqdirəlayiq, müsbət haldır və bu addım siyasi partiyaların fəaliyyətinin daha da genişlənməsinə, siyasi sistemin daha da güclənməsinə xidmət edəcək”.
Ardınca vurğulayıb ki, son zamanlar siyasi partiyalara diqqət ən yüksək səviyyədədir və həmin diqqət bütün sferalarda sezilir:
"Biz bu diqqəti həm parlament rəhbərliyi səviyyəsində görürük, həm də Prezident Administrasiyasında müvafiq şöbə yaranandan sonra hakimiyyətin digər qolu ilə münasibətlərimizin, əməkdaşlığımızın formalaşması, ciddi bir şəkildə irəliləməsi fonunda sezirik. Mən bir daha bu diqqətə, siyasi partiyalara göstərilən dəstəyə görə öncə cənab Prezidentə və onun timsalında bütün hökümət üzvlərinə təşəkkür edirəm. Eyni zamanda möhtərəm Prezidenti əmin etmək istəyirəm ki, biz milli məsələlərdə və dövlətçilik mövzularında daim onun yanındayıq və Azərbaycanın haqqını, maraqlarını bütün cəbhələrdə qorumağa hazırıq”.
Xəbər 173 dəfə oxunub.