“Dünyanın əsas aparıcı dövlətlərinin rəhbərlərinin iştirak etdiyi tədbirdə təmsil olunmaq irəliyə doğru mühüm bir addımdır”.
Bu fikirləri “OLAYLAR”-a siyasi ekspert Arzu Nağıyev Azərbaycanın “G-20” sammitində iştirakına münasibət bildirərkən səsləndirib.
O, bildirib ki, bu həm siyasi, həm də iqtisadi cəhətdən müsbət istiqamətdə mühüm bir addımdır:
“Azərbaycanın belə bir mötəbər tədbirdə iştirakı eyni zamanda dövlət başçıları ilə birbaşa təmas qurmaqla mühüm problemlərin həlli istiqamətində gərəkli işlər görülməsi imkanı qazanmaqdır”.
Arzu Nağıyev deyib ki, bu gün Azərbaycan regionda öz iqtisadi potensialı baxımından Qərbin və ümumiyyətlə dünyanın diqqət mərkəzində olan bir dövlətdir:
“Məhz bu baxımdan Azərbaycan mühm bir portnyor rolunu oynaya bilər. Məlumdur ki, G 20 sammiti noyabr ayının 15-16 tarixlərindəTürkiyənin Antalya şəhərində keçiriləcək. Bu sammitdə dünyanın bütün kontinentlərindən istər supergüclər, istərsə də söz sahibi olan dövlətlərin başçıları iştirak edəcəklər. Təqdirəlayiq bir haldır ki, hələ yanvar ayında cənab Ərdoğan və İlham Əliyevin Türkiyədə görüşü vaxtı Azərbaycanın da həmin sammitə dəvət edildiyi Türkiyə Prezidenti tərəfindən elan edildi. Türkiyə tədbirin ev sahibi kimi bir dövləti əlavə olaraq dəvət etmək iqtidarındadır və seçim kimi Azərbaycanı dəvət etdi”.
Qeyd edək ki, “G-20” sammiti noyabrın 15-16-ı tarixlərində Türkiyənin Antalya şəhərində keçiriləcək.
// Aktual.az