Azərbaycanın buğda idxalı 12% ucuzlaşıb

Azərbaycanın buğda idxalı 12% ucuzlaşıb

Bu ilin yanvar ayı ərzində Azərbaycana 43 mln. 423 min dollar dəyərində 142 min 655.6 ton buğda idxal olunub.
Aktual.az-ın xəbərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 33.7% və ya 10 mln. 948 min dollar, həcmi isə 52.2% və ya 48 min 951 ton artıb. 2022-ci ilin yanvar ayında ölkəyə 32 mln. 475 min dollar dəyərində 93 min 704 ton buğda gətirilib.
Ötən il Azərbaycan 437 mln. dollarlıq buğda idxal edib
Qeyd edək ki, cari ilin yanvar ayında ölkəyə gətirilən buğdanın 1 tonun qiyməti 12% azalaraq 304 dollara bərabər olub. Bu göstərici ötən ilin yanvar ayında 346 dollar təşkil edib.
Xatırladaq ki, bu ilin yanvar ayında bugda idxalı Azərbaycanın ümumi idxalının 3.07%-nə bərabər olub.


Xəbər 879 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR