Azərbaycanın bir neçə neft yatağını kanadalılar bərpa edəcək

Azərbaycanın bir neçə neft yatağını kanadalılar bərpa edəcək

25 il müddəti əhatə edən saziş imzalanıb.

SOCAR və “Zenith Aran Oil Company Limited” şirkətləri arasında Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş imzalanıb. 

Bu barədə şirkətdən  bildirilib. 

Azərbaycanın dəniz yataqlarının potensialından bəhs edən SOCAR prezidentiRövnəq Abdullayev quruda yerləşən xam neft və təbii qaz ehtiyatlarının da mühüm əhəmiyyət kəsb etdiyini söyləmiş, “Muradxanlı”, “Cəfərli” və “Zərdab” yataqlarının perspektivli olduğunu vurğulayıb.

Daha sonra “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş imzalanıb. 

Sazişi SOCAR-ın prezidenti R.Abdullayev və “Zenith Aran Oil Company Limited” şirkətinin baş icraçı direktoru Andrea Kattaneo imzalayıb. 

Bildirilib ki, sazişdə “Zenith” şirkəti 80%-lik, bütünlükdə SOCAR-a məxsus Ortaq Neft Şirkəti isə 20%-lik iştirak payına malikdirlər. Saziş 25 il müddətində qüvvədə olacaq. 

Ümumi sahəsi 642,4 kvadrat kilometr ərazini əhatə edən “Muradxanlı”, “Cəfərli” və “Zərdab” yataqlarında əvvəllər daha çox neft hasil edilsə də, hazırda burada sutkalıq hasilat təqribən 350 barel xam neft təşkil edir.

Yataqlardan həmçinin, az həcmdə təbii qaz da hasil olunur ki, bu da sahənin öz təsərrüfat-istehsalat fəaliyyətində istifadə edilir. 

Qeyd edək ki, dünyanın ən böyük və ən dəqiq neft-qaz mərkəzi olan Kanadanın Kalqari şəhərində əsası qoyulmuş “Zenith Energy Ltd.” şirkəti quruda zaman keçdikcə hasilatı azalıb, lakin kapital qoyuluşundan, birgə mühəndislik və texniki ekspertiza nəticəsində optimallaşdırma işlərindən sonra məhsuldarlığı artırıla biləcək təsdiqlənmiş neft və qaz yataqlarının sonrakı işlənməsini həyata keçirir. 

Xəbər 497 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR