Azərbaycanın barəsindəki mənfi xəbərlərlə “lider” olan NAZİRLİKLƏRİ

Azərbaycanın barəsindəki mənfi xəbərlərlə “lider” olan NAZİRLİKLƏRİ

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin dekabr ayı üzrə analiz işini yekunlaşdırıb.

Aktual.az xəbər verir ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Media Təqib Mərkəzi nazirliklərlə bağlı dekabr ayı üzrə məlumatları təqdim edir.

2016-cı ilin dekabr ayında elektron mətbuatda, yəni sayt və portallarda nazirliklərlə əlaqəli 55375 xəbər yerləşdirilib. Bunlardan 54000-i neytral, 49-u mənfi, 1326-sı isə müsbət xəbərdir. Mənfi xəbərlər arasında "liderlər”: Maliyyə Nazirliyi (26 xəbər – Samir Şərifov Azərbaycanı bataqlığa sürükləyir), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (5 xəbər – 2 nazirlik və 1 ASC ləğv edilir – super nazirlik yaradılır), Kənd Təsərrüfatı Nazirliyi (5 xəbər – 2 nazirlik və 1 ASC ləğv edilir – super nazirlik yaradılır)).

Müsbət xəbərlər arasında liderlər: Daxili İşlər Nazirliyi (976 xəbər – qanunsuzluqlar aşkar edib), Kənd Təsərrüfatı Nazirliyi (92 xəbər – At cəmdəkləri və bir tondan artıq yararsız ət aşkarlandı – foto), Fövqəladə Hallar Nazirliyi (80 xəbər – FHN eməkdaşları təltif olundu – foto).

Xəbər sayına görə sıralama:

1 Müdafiə Nazirliyi 6812 xəbər
2 Daxili İşlər Nazirliyi 6637 xəbər
3 Fövqəladə Hallar Nazirliyi 5749 xəbər
4 Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5283 xəbər
5 Vergilər Nazirliyi 3021 xəbər
6 Təhsil Nazirliyi 2986 xəbər
7 Milli Təhlükəsizlik Nazirliyi 2835 xəbər
8 İqtisadiyyat Nazirliyi 2835 xəbər
9 Mədəniyyət və Turizm Nazirliyi 2717 xəbər
10 Səhiyyə Nazirliyi 2636 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 6899 xəbər dərc edilib. Bu xəbərlərdən 6853-ü neytral, 46-sı isə müsbət xəbərdir. Yazılı mətbuatda müsbət xəbərlər arasında lider: Daxili İşlər Nazirliyi (42 xəbər – qanunsuzluqlar aşkar edib), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (2 xəbər – ceyran oğruları ifşa edildi), Kənd Təsərrüfatı Nazirliyi (2 xəbər – Rusiyadan gətirilən ərzaqlıq qarğıdalıda təhlükəli alaq otu aşkarlanıb).

Xəbər sayına görə sıralama:

 

1 Daxili İşlər Nazirliyi 685 xəbər
2 Mədəniyyət və Turizm Nazirliyi 655 xəbər
3 İqtisadiyyat Nazirliyi 541 xəbər
4 Vergilər Nazirliyi 531 xəbər
5 Təhsil Nazirliyi 516 xəbər
6 Müdafiə Nazirliyi 513 xəbər
7 Səhiyyə Nazirliyi 412 xəbər
8 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 378 xəbər
9 Xarici İşlər Nazirliyi 360 xəbər
10 Ekologiya və Təbii Sərvətlər Nazirliyi 358 xəbər

 

Dekabr ayında televiziya kanallarında nazirliklər haqqında 1805 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

 

1 Gənclər və İdman Nazirliyi 281 xəbər
2 Mədəniyyət və Turizm Nazirliyi 223 xəbər
3 Vergilər Nazirliyi 178 xəbər
4 Fövqəladə Hallar Nazirliyi 148 xəbər
5 Kənd Təsərrüfatı Nazirliyi 146 xəbər
6 Təhsil Nazirliyi 140 xəbər
7 İqtisadiyyat Nazirliyi 134 xəbər
8 Xarici İşlər Nazirliyi 110 xəbər
9 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 102 xəbər
10 Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 73 xəbər

Aktual.az
Xəbər 474 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR