Azərbaycandan xarici ölkələrə 54,8 min dollarlıq bal ixrac edilib

Azərbaycandan xarici ölkələrə 54,8 min dollarlıq bal ixrac edilib

2017-ci ildə Azərbaycanda 21 165 təsərrüfatda mövcud olan 271,7 min arı ailəsindən 3043,1 ton bal, 90,2 ton mum, 11,2 ton vərəmum, 8,1 ton güləm və 281,7 kq arı südü əldə olunub.

Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, balın 1 kiloqramının orta satış qiyməti 23,7 manat, mumun orta satış qiyməti 11,5 manat, vərəmumun orta satış qiyməti 116,7 manat, güləmin orta satış qiyməti 56,7 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 4,9 manat olub.
2017-ci ildə 54,8 min ABŞ dolları dəyərində 6,5 ton bal 5 ölkəyə ixrac edilib ki, onun da 93,8 faizi Yaponiyanın payına düşür.
Ümumiyyətlə, "Arıçılıq haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edildiyi dövrdən sonrakı 9 ildə arı ailələrinin sayı 1,9 dəfə, arıçılıqla məşğul olan təsərrüfatlarda bir təsərrüfata düşən arı ailələrinin sayı 11,1-dən 12,8-dək, bal istehsalı isə 2,2 dəfə artıb.
Xəbər 437 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR