Cari ilin yanvar-mart aylarında Azərbaycandan 276 min 550 ton (2710 mal kodu üzrə) neft məhsulları ixrac edilib.
Birinci rübdə ixrac edilən neft məhsullarının dəyəri isə 135 milyon 958 min ABŞ dolları olub.
Bu barədə AZƏRTAC-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Xatırladaq ki, 2017-ci ilin ilk 3 ayında Azərbaycandan 196 min 653 ton neft məhsulları ixrac olunub, ixracın dəyəri 78 milyon 278 min dollar təşkil edib.
Aktual.az
Xəbər 521 dəfə oxunub.