2023-cü ilin yanvar-may aylarında Azərbaycandan Gürcüstana 161 milyon 181 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.
Aktual.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.2 dəfə və ya 86 milyon 485 min dollar çoxdur.
Hesabat dövründə Gürcüstana ümumilikdə 359 milyon 461 min dollarlıq məhsul ixrac edilib.
Qeyd edək ki, Gürcüstan Azərbaycanın qeyri-neft ixrac həcminə görə Türkiyə (464.6 milyon dollar) və Rusiyadan (403.9 milyon dollar) sonra 3-cü yerdədir.
Xəbər 560 dəfə oxunub.