Azərbaycanda yeniyetmə qız hamilə qaldı: Araşdırma aparılır - YENİLƏNİB

Azərbaycanda yeniyetmə qız hamilə qaldı: Araşdırma aparılır - YENİLƏNİB

"Yeniyetmənin və valideynlərinin izahatı alınıb”.
Bu sözləri DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Bakıda 15 yaşlı qızın hamilə qalması ilə bağlı Oxu.Az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, məsələ ilə bağlı araşdırma aparılır:
"Müayinədən sonra xəstəxanadan dərhal ərazi polis bölməsinə məlumat verilib. Polislər xəstəxanaya gəlib qızın izahatını alıblar. Daha sonra valideynlərinin də izahatı alınıb”.
Qeyd edək ki, həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən də məsələ barəsində araşdırma başladıldığı bildirilib.
10:14
Bakıda xəstəxanaya müraciət edən 15 yaşlı qızın hamilə olduğu müəyyən edilib.
Aktual.az-ın məlumatına görə, bu, Sabunçu Tibb Mərkəzində (keçmiş 3 saylı şəhər xəstəxanası) müayinə zamanı bilinib.
Xəstəxanaya müraciət edən Sabirabad rayon sakini Əminə Salayevanın (şərti ad) 14 həftəlik hamilə olduğu üzə çıxıb. Faktla bağlı ərazi üzrə 30-cu Polis Bölməsinə məlumat verilib. Hazırda araşdırmalar aparılır.
Qeyd edək ki, qanunvericiliyə görə, yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaq cinayət əməli hesab edilir.(qafqazinfo)


Xəbər 564 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR