Azərbaycanda yeni suvarma kanallarının tikintisinə başlanılır

Azərbaycanda yeni suvarma kanallarının tikintisinə başlanılır

 "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC ölkə prezidentinin 22 yanvar 2018-ci il tarixli sərəncamının icrası ilə əlaqədar "Araz çayının yeni qolundan suyun yeni suvarılacaq torpaq sahələrinə verilməsi üçün paylayıcı kanalların tikintisi” (I mərhələ üzrə) məqsədilə açıq tender elan edib.

"Report” xəbər verir ki, tenderdə iştirak haqqı 500 manatdır.
İddiaçılar ilkin sənədləri iyunun 28-nə qədər, tender təklifi və onun dəyərinin 2%-i qədər bank təminatını isə iyulun 9-na qədər Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 69a ünvanında yerləşən tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyətinə təqdim etməlidirlər. Əlaqələndirici şəxs Rəfail Məmmədovdur (tel: (012) 431-08-64, faks: (012) 430-79-57.
Təkliflərə iyunun 10-da, saat 16:00-da səhmdar cəmiyyətinin baş idarəsinin yerləşdiyi Hökumət evində (514 saylı otaqda) baxılacaq. iddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər.
Görüləcək işlər satınalma müqaviləsinin qüvvəyə mindiyi gündən 16 ay ərzində icra edilməli və mövcud qanunvericiliyə uyğun təhvil verilməlidir. 
 
Aktual.az
Xəbər 417 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR