Azərbaycanda yeni doğulan qız uşaqlarına hədiyyə veriləcək – İLK DƏFƏ

Azərbaycanda yeni doğulan qız uşaqlarına hədiyyə veriləcək – İLK DƏFƏ

Azərbaycanda ilk dəfə yeni doğulmuş uşaqlara körpənin ehtiyacları üçün nəzərdə tutulan vasitələrdən dəstlər (qutular) veriləcək.
Aktual.az xəbər verir ki, bu layihə ilkin olaraq 90 qız körpəsini əhatə edəcək. Onu Əmək və sosial müdafiə nazirliyinin Sosial dəstək mərkəzi Yardımlı, Ağsu və Qazax rayonlarında həyata keçirəcək.

Artıq müvafiq tender keçirilib və təchizatçı seçilib.
Körpəyə verilən dəstə bez, uşağa qulluq dəsti (qayçı-daraq), duru sabun, geyim dəsti, şampun, kirşan, geyim dəsti, dəriyə qulluq vasitələri, oyuncaqlar, yuyucu toz və digər əşyalar daxil olacaq.
Layihənin qız uşaqları üçün nəzərdə tutulması Azərbaycanda selektiv abortlar səbəbindən qız körpələrinin az doğulmasıdır.
İlk dəfə yeni doğulan körpələr üçün hədiyyə dəstləri Finlandiyada 1938-ci ildə peyda olub.

Xəbər 361 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR