Azərbaycanda uşaqlara verilən qəribə adlar

Azərbaycanda uşaqlara verilən qəribə adlar

Ötən il Azərbaycanda körpələrə qoyulan nadir və qəribə adlar məlum olub.
Aktual.az xəbər verir ki, 2023-cü il ərzində yeni doğulan uşaqlara daha çox əcnəbi mənşəli adların verilməsi geniş yayılıb.
Bununla yanaşı, valideynlər övladlarına nadir və qeyri-adi adlar da qoyublar.
Belə ki, keçən il Gilə, Tovuz, Koroğlu, Duanur, Badam, Alan, Manana və Dağlar adlarının hər biri iki uşağa verilib. Üç nəfərə isə Mayya adı qoyulub.
Eyni zamanda, Mayar, Maynisə, Kürsüm, Kurtkaya, Qəribə, Dominik, Alay, Alaya, Alana, Alaz, Aya, Ayə, Ayat, Ayasofya, Ayanur, Balay, Balabikə, Şirbəy, Bircəgül, Gülüzə, Gülan, Gülqənd, Gülənməd, Gülsurat, İton, Elqam, Elaine, Ellda, Elfun, Elba, Yaşam, Dalila, Daliya, Ayris, Ayçan, Ayid, İyad, Faləddin, Qalası, Bayar, Sağira, Bağış və Qaraş adlarının isə hər biri 1 uşağa qoyulub.
Həmçinin, Azərbaycanda ötən il uşaqlara Su, Sufi, Sudagül, Suman, Manas, Xansu, Xanı, Şanis, Zeytunə, Almagül, Kira, Firdus, Firduzə, Baday, Tarif, Əsğər, Əskinaz, Baxşı, Ağaəmi, Ağadədə, Lənkəran, Zirah, Yağız, Ərəbzəngi, Siratullox, Caniyat, Ciyərxan adları da verilib. Bunların da hərəsi bir uşağa qoyulub.
Qeyd edək ki, 2023-cü ildə oğlan uşaqlarına ən çox Uğur, qız uşaqlarına isə Zəhra adı verilib.
Xəbər 231 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR