Azərbaycanda televizor alanların sayı artıb

Azərbaycanda televizor alanların sayı artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan xaricdən 11,436 mln. ABŞ dolları (19,442 mln. manat) dəyərində televizor idxal edib.

"APA-Economics”in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsində 54,9%, dəyər ifadəsində isə 51,8% çoxdur. İdxal bazarına gəldikdə, hesabat dövründə Azərbaycana ən çox televizor tədarük edən ölkə Çin olub. Sözügedən ölkə Azərbaycana 1,823 mnl. dollar dəyərində (3,099 mln. manat) 14 643 ədəd televizor ixrac edib.

Dəyər ifadəsində isə Azərbaycana ən çox televizor Rusiyadan gətirilib. Yanvar-fevralda Azərbaycan Rusiyadan 6,645 mln. dollar (11,297 mln. manat) dəyərində 12 856 ədəd televizor idxal edib.
Xəbər 422 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR