Azərbaycanda şüşə məhsulları istehsalı genişləndiriləcək

Azərbaycanda şüşə məhsulları istehsalı genişləndiriləcək

"Azərşüşə" dövlət zavodu 2018-ci ildə istehsalat gücünü artıracaq.

Aktual.az Trend-ə istinadən bildirir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.
Sahibkarların sualına cavab verən nazir qeyd edib ki, "Azərşüşə" Azərbaycan Sənaye Korporasiyasının tabeliyinə keçib və zavodun fəaliyyəti tədqiq olunaraq problemləri üzə çıxarılıb.

Ş.Mustafayev deyib ki, korporasiya zavodda yeni istehsalat xəttini işə salacaq.
Nazirin sözlərinə görə, zavodda müxtəlif növ butulkaların istehsalı planlaşdırılır.
Xəbər 403 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR