İlham Əliyev 3,5 milyon manat ayırdı.
Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı il 25–27 aprel tarixlərində Bakı şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Aktual.az dövlət başçsının rəsmi saytına istinadən xəbər verir ki, sərəıncama əsasən, 2016-cı il 25–27 aprel tarixlərində Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı şəhərində təşkili üçün Azərbaycan 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Mədəniyyət və Turizm Nazirliyinə 3,5 milyon manat ayrılıb.
Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.