Azərbaycanda qızılcaya yoluxma sayı artır – Rəsmi

Azərbaycanda qızılcaya yoluxma sayı artır – Rəsmi

Hazırda ölkə ərazisində qızılcaya yoluxma sayında artım müşahidə olunur.
Aktual.az xəbər verir ki, bunu TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin baş məsləhətçisi Turan İbrahimova deyib.
Onun sözlərinə görə, yoluxma hallarının artmasına səbəb COVİD-19 pandemiyası zamanı uşaqların peyvənddən kənar qalmasıdır.
TƏBİB rəsmisi bildirib ki, virus xəstəliklərindən qorunmağın ən effektiv yolu peyvəndlənmədir:
"Koronavirus pandemiyasını da buna misal çəkmək olar. Peyvənd olunan şəxslər virusa yoluxsa da, bunu yüngül keçirə bilər. Qızılca peyvəndinə əks göstəriş olan hallar da var”.
Xəbər 348 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR