Azərbaycanda problemli kreditlərin məbləği 14%-ə yaxın azalıb

Azərbaycanda problemli kreditlərin məbləği 14%-ə yaxın azalıb

Bu il aprelin 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 590,5 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, martın 1-i ilə müqayisədə 2,6% azdır.
Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 0,5%, son bir ildə isə 13,8% azalıb.
Bu il martın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,9% təşkil edib. Bu nisbət fevralın sonuna 3%, ötən ilin sonuna 2,9%, ötən il martın sonuna isə 3,8% olub.

Xəbər 558 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR