Azərbaycanda problemli kreditlərin həcmi 600 milyon manata çatıb

Azərbaycanda problemli kreditlərin həcmi 600 milyon manata çatıb

2023-cü ilin may ayının 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 591,8 milyon manat təşkil edib.
Aktual.az xəbər verir ki, bu göstəricinin həcmi aprel ayının 1-i ilə müqayisədə 0,2% artıb, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 12,3% azalıb.
Qeyd edək ki, problemli kreditlərin 73,8%-i və 436,6 milyon manatı milli valyutada, 26,2%-i və ya 155,2 milyon manatı isə xarici valyutada olub.
Xatırladaq ki, cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0,9% bəndi azalaraq 2,8% təşkil edib.

Xəbər 298 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR