Azərbaycanda mobil telefon rabitəsindən 190 milyon manat gəlir əldə edilib

Azərbaycanda mobil telefon rabitəsindən 190 milyon manat gəlir əldə edilib

Azərbaycanda mobil telefon rabitəsindən 190 milyon manata yaxın gəlir əldə edilib.


Aktual.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin yanvar-mart ayları ərzində informasiya və rabitə müəssisələri hüquqi və fiziki şəxslərə 372,8 milyon manatlıq xidmət göstərib. Onun da 71,6 faizi əhali sektoruna aid olub. 

2015-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 8,9 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 80,7 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə olunmuş gəlirlərin 50,8 faizi və ya 189,3 milyon manatı mobil telefon rabitəsindən yaranıb.

Xəbər 382 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR