Azərbaycanda matəm elan olunub

Azərbaycanda matəm elan olunub

Bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev qərar verib 

Dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində həyatını itirənlərin xatirəsinə ehtiram əlaməti olaraq ölkə ərazisində matəm elan olunub.

Aktual.az-ın APA-ya istinadən xəbərinə görə, bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev qərar verib.

Qeyd edək ki, baş vermiş qəzada 32 nəfər xilas olub, 1 nəfər həlak olub, 30 nəfər isə itkin düşüb.

Hazırda itkin düşənlərlə bağlı axtarış-xilasetmə tədbirləri davam edir.

Xəbər 549 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR