"Azərbaycanda korrupsiyaya qarşı mübarizə dövlət səviyyəsində aparılır"


"Azərbaycanda korrupsiyaya qarşı mübarizə dövlət səviyyəsində aparılır".

Aktual.az  Trend-ə istinadən xəbər verir ki, bu barədə Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Korrupsiyaya qarşı mübarizə təşkilatlarının rəhbərlərinin və Ombudsmanlarının 3-cü iclasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib.

O qeyd edib ki, korrupsiya ilə mübarizə Azərbaycanda dövlət siyasətidir: "Azərbaycanda 3 pilləli məhkəmə sistemi mövcuddur. Beynəlxalq təşkilatlar ölkəmizdə görülən işləri yüksək qiymətləndirirlər. Azərbaycan brendi olan "ASAN xidmət" modeli fəaliyyət göstərir. Bu qurumun yaradılması korrupsiyaya qarşı mübarizə sahəsində atılan mühüm addımdır. Azərbaycan bu sahədə vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatlarla əməkdaşlıq edir".
 
Aktual.az  
Xəbər 286 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR