Bu ilin yanvar ayında istehlak qiymətləri indeksi 2022-ci ilin eyni ayına nisbətən 113,6 % təşkil edib.
Aktual.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilir ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi 117,5 %, qeyri-ərzaq məhsulları üzrə 112,2 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 109,7 % olub.
2023-cü ilin yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101 % təşkil edib
Xəbər 549 dəfə oxunub.