Azərbaycanda gömrük tarifləri dəyişə bilər

Azərbaycanda gömrük tarifləri dəyişə bilər

Hökumətə təklif verilib.

Baş verən iqtisadi proseslər, maliyyə prosesləri, eləcə də manatın devalvasiyası keçən ilin axırlarına təsadüf edib.

Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitədinin sədri Aydın Əliyev “2016-ci ildə dövlət büdcəsinə gömrük orqanlarından daxil olan gəlirlər azala bilərmi?” sualına cavab olaraq deyib.

“Ona görə də, bu prodeslərdən yalnız 2 ay keçib. Bu barədə hələ demək tezdir. Amma gömrük orqanları olaraq, dövlət büdcəsini doldurmağa çalışan bir orqan olaraq, biz əlimizdən gələni edəcəyik ki, proqnoz tapşırığını yerinə yetirək”, -deyə komitə sədri qeyd edib.

Onun sözlərinə görə gələcəkdə Azərbaycanda gömrük tariflərinin artırılması və ya azaldılması mümkündür:

“Tariflərin artırılması və ya azaldılması mümkündür. Bu hökumətin hüququdur. Biz sadəcə olaraq, öz təkliflərimizi bununla bağlı vermişik”

Xəbər 455 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR