Azərbaycanda əhalinin gəlirləri 9 faiz artıb

Azərbaycanda əhalinin gəlirləri 9 faiz artıb

Azərbaycanda əhalinin gəlirləri 9 faiz artıb.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, 2016-cı ilin birinci rübündə ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 9 faiz artaraq 10303,5 milyon manata çatıb.

Əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 1073,5 manat və ya ayda 357,8 manat təşkil edib.

Bu dövr ərzində gəlirlərin 81,0 faizi son istehlak xərclərinə, 9,7 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,3 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 7,0 faizi isə yığıma yönəldilib.

Əhalinin sərəncamında qalan gəlirlər 9304,1 milyon manat olub.

Xəbər 358 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR