Qeyri-neft-qaz sektorunun inkişafı sayəsində onun ÜDM-də payı Azərbaycanın ən yaxın tarixində maksimuma çatacaq.
Aktual.az xəbər verir ki, bunu "Qazprombank"ın Bazarın Təhlili Departamentinin rəis müavini Gülnarə Xaydarşina deyib.
"Hesablamalarımıza görə, Qarabağda yeni layihələr və Azərbaycanın Avrasiya regionunda artan logistik əhəmiyyəti sayəsində qeyri-neft-qaz sektorunun hazırkı inkişaf tempini saxlamaqla, 2024-cü ilə qədər onun ÜDM-də payı 70%-ə yaxınlaşacaq. Bu, Azərbaycanın ən yeni tarixindəki maksimum səviyyəyə uyğun olacaq", - deyə o bildirib.
Xaydarşina qeyd edib ki, 2026-cı ilə qədər Qarabağda layihələrə təxminən 10 milyard ABŞ dolları (ÜDM-in 18%-i) sərmayə qoyulması planlaşdırılır, xarici investorlar (o cümlədən Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, Böyük Britaniya və Rusiya) fəal şəkildə cəlb olunur. .
O əlavə edib ki, infrastrukturun və sosial əhəmiyyətli obyektlərin modernləşdirilməsi ilə yanaşı, qeyri-neft-qaz məhsullarının istehsalına və ixracına yönəlmiş yeni sənaye və iqtisadi zonalar yaradılacaq.
Xəbər 775 dəfə oxunub.