Azərbaycanda dəmir pullara tələbat artıb

Azərbaycanda dəmir pullara tələbat artıb

Ötən il pul kütləsində ən çox artım dəmir pullarda olub.

Aktual.az  APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Mərkəzi Bank iri ticarət sistemləri ilə əlaqə yaradır və ticarət sistemi ilə birgə işləyir.

"Görürük ki, iqtisadiyyatın dəmir pullara ehtiyacı böyükdür. Buna görə, əlavə sifarişlər də edərək iqtisadiyyatı dəmir pullarla təmin edirik. İqtisadiyyat əgər bunu tələb edirsə, biz bunu etməliyik", - deyə E.Rüstəmov vurğulayıb. 
 
Aktual.az 
Xəbər 108 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR