Axşam saatlarında Ağstafa rayonunda qətl hadisəsi baş verib.
Aktual.az report-a istinadən xəbər verir ki, Ağstafa Rayon Mərkəzi Xəstəxanasına üzərində küt alət izləri olan meyit gətirilib.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, meyit 1982-ci il təvəllüdlü Tural Hacıyevə məxsusdur. Hadisənin kim tərəfindən törədildiyi və hansı şəraitdə baş verdiyi məlum deyil.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.
Aktual.az
Xəbər 462 dəfə oxunub.