Azərbaycanda bu il dənli bitkilərin məhsuldarlığı artacaq

Azərbaycanda bu il dənli bitkilərin məhsuldarlığı artacaq

Bu il üçün dənli və dənli paxlalıların ümumi əkin sahəsi 1 milyon 40 min hektara yaxın olacaq. Bu il məhsuldarlıq ötən illə müqayisədə çox olacaq.

Bunu "Report"a Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov deyib.
O, payızlıq və yazlıq buğdanın əkin sahəsinin 667,8 min hektar təşkil etdiyini bildirib: "Bu il məhsuldarlıq 30 sentnerdən bir qədər çox olacaq. Arpanın əkin sahəsi 324,8 min hektardır. Havanın əlverişli keçməsi səbəbindən ötən illə müqayisədə arpanın məhsuldarlığında artım olacaq. Hazırda biçin prosesi gedir. 70 min hektara yaxın arpa biçilib. Məhsul 24 sentnerdən yuxarıdır".
Nazirlik rəsmisi əlavə edib ki, pambıqçılıqla bağlı dünyanın aparıcı dövlətlərinin təcrübəsi araşdırılır: "Bu sahədə hazırda Çinin təcrübəsi araşdırılır. Onların pambıqçılıqda tətbiq etdiyi innovativ texnologiyanın yaxın dövr ərzində ölkədə tətbiqi nəzərdə tutulur. İlk növbədə, kiçik təsərrüfatlarda tətbiq ediləcək. Özünü doğrultduğu təqdirdə geniş ərazilərdə tətbiq ediləcək".  
 
Aktual.az
Xəbər 492 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR