Azərbaycanda bu bankın rəhbərliyində dəyişiklik gözlənilir

Azərbaycanda bu bankın rəhbərliyində dəyişiklik gözlənilir

"Yapı Kredi Bank”ın baş icraçı direktoru Faiq Açıkalın dekabrın 29-dan vəzifəsini tərk edəcək.

Trend-in məlumatına görə, bu addım onun pensiya yaşına çatması ilə əlaqədardır. F.Açıkalın, eyni zamanda, "Yapı Kredi Bank Azərbaycan”ın Müşahidə Şurasının sədridir və müvafiq olaraq bu postunu da təhvil verəcək.
Onun yerinə Gökhan Erünün təyin ediləcəyi gözlənilir. Bu məsələyə 2018-ci il yanvarın 15-də bankın Direktorlar Şurasının ümumi yığıncağında baxılacaq.
Qeyd edək ki, "Yapı Kredi Bank Azərbaycan” 1998-ci ildən fəaliyyət göstərir.
 
Aktual.az
Xəbər 342 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR