Azərbaycanda bir bank bağlandı

Azərbaycanda bir bank bağlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin iclasında “Evrobank” ASC-nin bank lisenziyasının ləğv edilməsi, “Azərbaycan Kredit Bankı” ASC-yə isə müvəqqəti inzibatçının təyin edilməsi barədə qərar qəbul edilib.

Aktual.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın yaydığı məlumatda bildirilir. 

Məlumata görə, “Evrobank” ASC Mərkəzi Bankın minimum məcmu kapitalın artırılması üzrə tələblərə əməl etmir. Banka kapitallaşma və fəaliyyətində mövcud olan digər çatışmazlıqların aradan qaldırılması ilə bağlı göstərişlər verilməsinə baxmayaraq, bu müddət ərzində onlar icra edilməyib. Fəaliyyəti prudensial tələblərə cavab vermədiyinə görə Banka təshih və təsir tədbirləri tətbiq edilərək lisenziyası məhdudlaşdırılıb, əmanətlərin qəbul edilməsi və hesabların aparılması, kreditləşmə fəaliyyəti qadağan edilib. Bank sektorda və maliyyə vasitəçiliyində hər hansı əhəmiyyətli bir paya malik deyil. Hazırda Bankda əhalinin əmanətləri də yoxdur.

Bundan əlavə, “Azərbaycan Kredit Bankı” ASC-nin fəaliyyətində ciddi nöqsan və çatışmazlıqlar mövcuddur, Bank qeyri-prudensial idarə olunur və AMB-nin məcburi göstərişlərini icra etmir. Bankın kapitalı Mərkəzi Bankın minimum kapital tələblərindən aşağıdır və “Azərbaycan Kredit Bankı”nın fəaliyyəti məhdudlaşdırılıb. Bankda əhalinin əmanətlərinin həcmi kiçikdir və onların tam icrası üçün bankda yetərli likvid vəsaitlər mövcuddur. 

 
Xəbər 1008 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR