Bu il mayın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 2,9 % çox - 732,2 min olub.
Aktual.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Məlumata görə, yanvar-aprel aylarında aktiv ƏDV ödəyicilərinin sayı isə 5,1 % artaraq 42 min təşkil edib.
4 ay ərzində aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 2,1 % artaraq 193,2 minə çatıb.
Xəbər 378 dəfə oxunub.