Azərbaycanda 845 qramlıq körpə doğuldu - VİDEO

Azərbaycanda 845 qramlıq körpə doğuldu - VİDEO

Azərbaycanda 845 qramlıq körpə dünyaya gəlib.
Bu barədə Respublika Perinatal Mərkəzi məlumat yayıb.
Məlumatda bildirilir ki, Nargilə Əzizova 38 yaşında RPM-ə hamiləliyin 28-ci həftəsində "kəskin bətndaxili hipoksiya, dölün bətndaxili inkişaf ləngiməsi, uşaqlıq üzərində çapıq, sağrı gəlişi, talassemiya daşıyıcısı” diaqnozları ilə daxil olub:
"Qadının 7 hamiləliyindən 3 qızı var. İkisi talassemiya xəstəsidir. 02.03.2023-cü il saat 00:40-da RPM-də qeysəriyyə kəsiyi əməliyyatı ilə çəkisi 845 qr, boyu 33 sm olan oğlan uşağı dünyaya gəldi.
Uşaq yenidoğulmuşların reanimasiya şöbəsində, sonra isə patologiya şöbəsində müalicə alıb.
18.05.2023-cü il tarixdə kafi vəziyyətdə 79-cu günündə evə yola salındı. Yola salınarkən çəkisi 1450 qr olub”.


Xəbər 252 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR