Azərbaycanda 3 günün “yol terroru“: 17 ölü, 27 yaralı

Azərbaycanda 3 günün “yol terroru“: 17 ölü, 27 yaralı

Daxili İşlər Nazirliyi (DİN) 2017-ci ilin ilk üç günündə - yanvarın 1-3 arasında respublika ərazisində baş vermiş yol qəzaslarının statistikasını açıqlayıb

DİN-dən verilən məlumata görə, yanvarın 1-də respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 16 nəfər yaralanıb.

Yanvarın 2-də avtomobil yollarında baş verən 5 yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər ölüb, 4 nəfər yaralanıb.

Yanvarın 3-də isə ölü və yaralı sayı daha çox olub. Belə ki, həmin gün respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 7 nəfər ölüb, 7 nəfər yaralanıb. 

Aktual.az
Xəbər 353 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR